Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda mini-futbol turnirinin açılış mərasimi keçirilib

21 aprel 2022 | 16:00

Naftalan ŞİH-nin dəstəyi, YAP Naftalan şəhər təşkilatının və Naftalan şəhər Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 99-cu ildönümünə  həsr edilmiş mini-futbol turnirinə start verilib.
   Tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
  Natiqlər,Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, ölkəmizdə sabitliyin bərqərar olunmasında əvəzsiz xidmətlərindən bəhs ediblər. Qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli maraqlara əsaslanan çoxşaxəli siyasi strategiya bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Ölkə başçsının idmana qayğısı və xüsusi diqqəti bu gün Azərbaycanı dünyada idman ölkəsinə çevirib.
  Turnirin keçirilməsində məqsəd mini-futbol idman növünü şəhərimizdə inkişaf etdirmək, istedadlı futbolçuların aşkar edilməsi, idarə, müəssisə və təşkilatlar arasında yoldaşlıq, dostluq əlaqələrinin gücləndirilməsidir.

 

Keçidlər