Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib
Naftalan Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib. İclasda Şuranın üzvləri, inzibati ərazi dairələri üzrə nümayəndə və Bələdiyyə sədrləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ŞİH-nin başçısı, Azərbaycan Respublikası Prezidenti möhtərəm cənab İlham Əliyevin güclü siyasi iradəsi və davamlı dəstəyi sayəsində ölkədə aparılan kompleks islahatların ölkəmizin ötən ildə də yeni rekordlara imza atmasını, ölkə başçısının bölgələrə səfərləri, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına şəxsən nəzarət etməsi, sahibkarlığın inkişafına yönəldilmiş qlobal layihələrin həyata keçirilməsinin qarşıda duran vəzifələri icra etməyə imkan verdiyini qeyd edib.
İclasda “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin icrası üzrə Naftalan Şəhər İcra Hakimiyyətinin İş Planının təsdiq edilməsi və bu sahədən irəli gələn vəzifələrin yerinə yetirilməsi haqqında Sərəncam layihəsi, İctimai Şuraya seçkinin təşkili məqsədi ilə komissiyanın yaradılması haqqında Sərəncam layihəsi, İdeoloji maarifləndirmə işinin səmərəliliyinin artırılması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr, 2022-ci ilin birinci rübü ərzində şəhər ərazisində aparılan abadlıq işlərinin keyfiyyətinə nəzarət edilməsinin vəziyyəti, 2022-ci ilin birinci rübündə Naftalan şəhərinin gəlirləri və qarşıda duran vəzifələr və bir sıra digər məsələlər barədə müzakirə edilmişdir.
Qeyd olunan məsələlər barədə ətraflı fikir mübadiləsi aparılmış, çıxışlar dinlənilmişdir.