Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində Polis işçilərinin peşə bayramı qeyd olunub.

03 iyul 2014 | 15:00

 

     Azərbaycan Polisinin yaranmasının 96 illik yubileyi münasibətilə Naftalan şəhərində tədbir keçirilib. Tədbirdə şəhərin hüquq mühafizə orqanlarının əməkdaşları ilə yanaşı digər rəsmi şəxslər, şəhər icra Hakimiyyətinin başçısı və veteran polislər iştirak ediblər. İlk öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin adını daşıyan  parka gələrək ümummilli liderin abidəsini ziyarət edib və   abidənin önünə gül-çiçək dəstələri düzüblər.
      Tədbir şəhər polis şöbəsində davam etdirilib. Tədbiri giriş sözü ilə açan Naftalan şəhər Polis şöbəsinin rəisi, polis mayoru Məmməd Hüseynov Azərbaycan polisinin peşə bayramı münasibətilə şəxsi heyəti təbrik edib. Daha sonra şəhər rəhbəri Azərbaycan polisinin keçdiyi tarixi yola nəzər salaraq şəxsi heyəti təbrik edib. Diqətə çatdırılıb ki, 1918-ci il may ayının 28-də müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi yaradılıb. Ümummilli lider Heydər Əliyevin 1998-ci ilin martında imzaladığı Fərmana əsasən, hər il iyulun 2-si daxili işlər orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur.
      Bildirilib ki, müstəqilliyin ilk illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə formalaşan daxili işlər orqanları sabitliyin təminatçılarından, dövlətçiliyin dayaqlarından birinə çevrilib.
     Hazırda ölkəmizi böyük uğurlara və davamlı tərəqiyyə aparan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində maddi-texniki bazası, şəxsi heyətinin xidmət şəraiti, sosial müdafiəsi günbəgün güclənən daxili işlər orqanları cinayətkarlığa qarşı mübarizədə, vətəndaşların qanuni mənafelərinin qorunmasında, insan hüquq və azadlıqlarının təmin edilməsində professionallığı və nümunəvi xidmətləri ilə seçilir.
     Sonda şəhər Polis Şöbəsi tərəfindən xidmətində fərqlənən bir qrup polis əməkdaşına, veteran polislərə diplom və fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim olunub.Eyni zamanda iki polis əməkdaşına  Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən yeni rutbə verilmişdir.
 

Keçidlər