Şriftin ölçüsü :

Saytın rəngi :

Mərasim zalında təmir işləri davam etdirilir

18 aprel 2022 | 16:00

Şəhərin İ.Həsənzadə küçəsində yerləşən mərasim zalında təmir-bərpa işləri davam etdirilir. Zalın tavan hissəsi yenilənmiş, işıqlandırma üçün yeni led işıqlar quraşdırılmış, divar səthi yenidən işlənərək ekoloji cəhətdən təmiz, insan sağlamlığına zərəri olmayan emulsiya ilə boyanmışdır.
   Şəhər İcra Hakimiyyətinin başçısı mərasim zalında aparılan təmir işlərinə baxış keçirib, binanın həyətində olan bulağın yenidən əsaslı təmir edilməsi və həyətində aparılacaq abadlıq işləri ilə bağlı aidiyyəti şəxslərə öz tapşırıq və tövsiyələrini verib.Şəhərdə görülən bütün işlər Naftalan sakinlərinin rahatlığı və rifahının yaxşılaşdırılmasına xidmət edir.

 

Keçidlər