Şriftin ölçüsü :

Saytın rəngi :

Güclü külək Naftalan şəhərində fəsadlar törədib

13 aprel 2022 | 16:00

Aprelin 12-də saat 17:00-dan başlayaraq əsən güclü külək Naftalan şəhərində bir sıra fəsadlar törədib.
   Küləyin təsiri nəticəsində Naftalan şəhər ərazisində bialoji inkişafda olan və köküstə qurumuş bir neçə irigövdəli ağac aşmış, Naftalan şəhərinin və kənd yaşayış məntəqələrinin müəyyən hissələrində telefon dirəklərinə və naqillərə ziyan dəymişdir.
   Həmçinin küləyin təsirindən bir neçə dövlət müəssisənin fasad və dam örtüyünə ziyan dəymişdir. Qasımbəyli kəndində elektirik enerjisinin verilişində fasilələr yaranıb.
   Şəhər Fövqəladə Hallar komissiyası tərəfindən dəymiş ziyanın dəqiqləşdirilməsi və aradan qaldırılması istiqamətində iş aparılır.

 

Keçidlər