Şriftin ölçüsü :

Saytın rəngi :

Payız aylarında Naftalan “Netflix” də yayımlanacaq

12 aprel 2022 | 16:00

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə məşhur fransalı bloger Patrik Veiseller Azərbaycana səfəri zamanı Naftalanda da olub. 
   Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov qonağı qəbul edib, beynəlxalq turizm mərkəzinə çevrilən Naftalan şəhəri  barədə məlumat verib. 
   Həmçinin, Mədəniyyət nazirliyinə və əlaqədar təşkilatlara belə bir təşəbbüsü dəstəklədiklərinə görə  minnətdarlığını ifadə edib. Məşhur bloger Azərbaycana ilk səfərindən məmnunluq duyduğunu və şəhərimizlə tanışlıqdan, ona göstərilən diqqətdən böyük zövq aldığını bildirib.
    Qeyd edək ki, məşhur bloger Netflix platforması üzərindən Azərbaycan mədəniyyətinin təbliğatına yönələn layihəni təqdim edəcək. Avtomobil turu formatında həyata keçirilən layihədə “Patrick le Chinois” ləqəbli bloger şəhərin mədəni-tarixi məkanlarında çəkilişlər aparıb. Sonda qonaqlara ŞİH başçısı tərəfindən xatirə hədiyyələri təqdim olunub. Çəkilişlər daha sonra Göygöl, Şəki və paytaxt Bakıda aparılacaq.

 

Keçidlər