Gənclər və İdman naziri Naftalanda vətəndaşları qəbul edib
Gənclər və İdman naziri Fərid Qayıbov aprelin 8-də Naftalan şəhəri, Xocalı və Goranboy rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan öncə Gənclər və İdman naziri Fərid Qayıbov, Naftalan Şəhər İcra Hakiiyyətinin başçsı Vüqar Novruzov Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Nazir qəbula yazılmış vətəndaşların müraciət və təkliflərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.
Qəbula gələn vətəndaşlar bölgələrdə vətəndaşların qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya, yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Qəbulda nazir müavinləri Mariana Vasileva, İndira Hacıyeva və nazirliyin məsul əməkdaşları iştirak ediblər.
Qəbuldan sonra nazir Naftalan şəhər Gənclər və İdman İdarəsinin şəhər stadionu, inzibati binasında oyun zallarının mövcud vəziyyəti ilə tanış olub.