Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkotiklərlə Mübarizə Günü” ilə əlaqədar tədbir keçirildi.

26 iyun 2014 | 15:00

Azərbaycan Respublikası Prezidentinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə 24 iyun 2013-cü il tarixli 2966 nömrəli Sərəncamının icrası məqsədilə, həmçinin 26 iyun BMT-nin “Narkotiklərlə Mübarizə Günü” ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə  qarşı Mübarizə üzrə Naftalan şəhər Komissiyası tərəfindən 25 iyun 2014-cü il tarixdə narkomaniya, onun döğurduğu fəsadlar mövzusunda dəyirmi masa keçirilmişdir.
     Tədbiri giriş sözü ilə açan  Naftalan şəhər İcra Hakimiyyəti  başçısının müavini,  Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə  Qarşı  Mübarizə üzrə Naftalan şəhər Komissiyasının  sədri A. Məmmədov  Naftalan şəhərində bu sahədə görülən işlər  və   narkomaniyanın ziyanı barədə ətraflı məlumat vermişdir . 
      Daha sonra şəhər  Polis şöbəsinin baş əməliyyat müvəkkili R.Əsədov  qeyd etmişdir ki,  şəhərdə  narkomaniya ilə bağlı  mövcud olan problemlər  daim nəzarətdə  saxlanılır,   bu istiqamətdə hər zaman qabaqlayıcı tədbirlər həyata keçirilir. Eyni zamanda ötən dövr ərzində  polis şöbəsinin müvafiq aidiyyəti orqanlarla birlikdə gördükləri tədbirlər nəticəsində şəhərdə və onun tabeliyində olan kəndlərdə narkotik xassəli bitkilərin əkilib becərilməsinə  və yabanı halda bitməsinə yol verilməmişdir.
     Şəhər Təhsil şöbəsinin müdiri İ.Əsgərov çıxış edərək bildirmişdir ki, şəhərin tam orta məktəblərində  təlim tərbiyə işlərinin  gücləndirilməsi istiqamətində müvafiq işlər görülmüş, sağlam həyat tərzinin təbliği, narkotik və digər psixotrop vasitələrdən çəkindirmək məqsədilə “Ağ ölüm” başlığı altında məktəblərdə çıxışlar təşkil olunmuşdur.    
      Sonda komissiya tərəfindən şəhərdə gələcəkdə də bu məsələlərlə bağlı mütəmadi olaraq tədbirlərin keçirilməsi məqsədəuyğun hesab edilmişdir.

Keçidlər