Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi iştirakçılarına medallar təqdim olundu

04 aprel 2022 | 16:00

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Naftalan şəhəri üzrə təltif olunmuş bir qrup hərbi qulluqçunun medallarının təqdim edilməsi mərasimi keçirilib.
   Naftalan ŞİH-də keçirilən tədbirdə çıxış edən natiqlər 44 gün davam edən Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qələbədən söz açıb, Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışıblar.
   Sonda Vətən Müharibəsi iştirakçıları Bayramov Ağa Şahlar oğluna, İsayev Qüdrət Gəray oğluna, Quliyev Nurlan Mətləb oğluna və Əliyev Rabil Yaməddin oğlunun atasına “Cəbrayılın azad olunmasına görə” medalları təqdim olunub.
   Müharibə iştirakçıları onlara göstərilən diqqətə görə və tarixi ədalətin bərpa olunduğu üçün dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

 

Keçidlər