Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər ərazisində yaşıllaşdırma işləri davam etdirilir

01 aprel 2022 | 16:00

Ekoloji sabitliyin təmin olunması və ətraf mühitin qorunması möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı ekoloji tədbirlər - yaşıllaşdırma işləri Naftalanın estetik görünüşünə də  öz töhfəsini verməkdədir.
   Hazırda şəhərin bütün xiyaban və parklarında yaşıllaşdırma, gül kollarının budanması və gübrələnməsi işləri aparılır. Mövsümə uyğun olaraq parkların ərazisində budanmağa ehtiyacı olan ağaclar da budanır, ağacların aqrotexniki qaydalara uyğun olaraq əkini və saxlanılması üçün münbit şərait yaradılır.
  Şəhərin müxtəlif ərazilərində, yol kənarlarında, parklarda  yeni ağaclar, dekorativ gül kollarının əkilməsi işləri davam etdirilir. Bu da səliqəsi və təmiz havası ilə seçilən  şəhərimizə gələn turistlərin məmnunluğuna səbəb olur.

 

Keçidlər