Şriftin ölçüsü :

Saytın rəngi :

31 mart soyqırımı ilə əlaqədar Naftalanda silsilə tədbirlər keçirilib

31 mart 2022 | 16:00

Naftalan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə, Gəncə Regional Mədəniyyət İdarəsi Naftalan şəhər Heydər Əliyev Mərkəzində “31mart-Azərbaycanlıların Soyqırımı Günü”nə həsr edilmiş tədbir keçirilib. Tədbirdə torpaqlarımızın azadlığı uğrunda canından keçən Şəhidlərimizin xatirəsi  bir dəqiqəlik sükutla yad edilib.
   Çıxış edən natiqlər son iki yüz ildə Azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən  faciələr və soyqırımlar haqqında danışaraq 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biri olduğunu qeyd ediblər.
   Tədbirdə məktəblilərin ifasında  Soyqırım qurbanlarının xatirəsinə həsr olunmuş kompozisiya dinlənilb. Sonda  “31mart-Azərbaycanlıların Soyqrımı Günü”nə həsr edilmiş  sənədli film  nümayiş olunub. 
    Naftalan şəhər Gənclər və İdman İdarəsində soyqırım qurbanlarının xatirəsinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə natiqlər 1918-ci il 31 mart soyqırımının ermənilərin xalqımıza qarşı həyata keçirdiyi ən böyükmiqyaslı terror aktlarından biri kimi tarixə yazıldığını qeyd edərək bildiriblər ki, azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.
   Naftalan şəhər V.Namazov adına Körpələr evi-Uşaq bağçasında “31mart-Azərbaycanlıların Soyqırımı Günü”nə həsr edilmiş dəyirmi masa keçirilib,  iştirakçılar hadisə ilə bağlı fikirlərini bildirərək, bu qanlı hadisələrin onların yaddaşından heç vaxt silinməyəcəyini vurğulayıblar.
    Şəhərin tam orta məktəblərində də Soyqırımı qurbanlarının xatirəsi anılıb. Keçirilən tədbirlərdə çıxış edən natiqlər  zaman-zaman erməni təcavüzkarlarının Azərbaycan torpaqlarını işğal etmək məqsədilə etnik təmizləmə, deportasiya siyasəti həyata keçirmək arzusunda olduqlarını, insanlığa sığmayan vəhşiliklər törətdiklərini vurğulayıblar. Tədbirdə məktəblilərin ifasında bəşəriyyət və insanlıq əleyhinə  qanlı terror aktlarını pisləyən şeirlər səsləndirilib.
    Gənclərin İnkişaf və Karyera Mərkəzinin Naftalan nümayəndəliyində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə şəhidlərimizə həsr olunmuş kompozisiya təqdim edilib, şeirlər səsləndirilib.

 

 

Keçidlər