31 mart soyqırımı qurbanlarının xatirəsi anılıb
31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Naftalan şəhərində anım tədbiri keçirilib.
Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmış, 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilmişdir.
Anım tədbirində ŞİH başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri o cümlədən şəhər ictimaiyyəti iştirak edib.
Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Şəhidlərimizin əziz xatirəsinə ucaldılmış Memorial Xatirə Kompleksinin önündə keçirilən tədbirdə soyqırım qurbanlarının xatirəsi yad edilib, abidənin önünə gül-çiçək dəstələri düzülüb, ruhlarına dualar oxunub.