Naftalanda vətəndaş qəbulu keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov vətəndaş qəbulu keçirib. Qəbulda vətəndaşları narahat edən məsələlər dinlənilib, qeyd olunan problemlərin həlli üçün müvafiq tədbirlər görülüb.
Görüşdə səsləndirilən məsələlər arasında fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, işlə təmin olunma, su təchizatının yaxşılışdırılması kimi məsələlər üstünlük təşkil edib.
Sakinlərin müraciətlərini dinləyən şəhər rəhbəri, səsləndirilən problemlərin aradan qaldırılması istiqamətində müvafiq göstərişlər verib. Bir sıra məsələlər yerindəcə öz həllini tapıb, digərləri isə araşdırılaraq qanunamüvafiq qaydada həll edilməsi üçün qeydiyyata alınıb.
Qəbulda iştirak edən sakinlər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək onlara yaradılan şəraitə görə Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.