Naftalanda yeni idman zalı idmançıların istifadəsinə verildi
Naftalan şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Kikboksinq” idman zalının açılışı olub
ŞİH-nin məsul əməkdaşı Afət Mustafayeva möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən idmana göstərilən diqqət və qayğıdan danışaraq qeyd edib ki, digər sahələrdə olduğu kimi, idmanın inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilb. Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması idmanın tərəqqisinə də müsbət təsir göstərib. Dövlət tərəfindən idmanın kütləviliyi təmin edilməsi ölkədə sağlam nəsil formalaşdırılmasının təminatıdır.
Şəhər Gənclər və İdman idarəsinin rəisi Samir Qocayev çıxışında deyib ki, ölkəmizdə və şəhərimizdə idmançılara göstərilən diqqət və qayğı , yeni idman zallarının istifadəyə verilməsi, milli idman kadrlarının hazırlanmasında, yeniyetmə və gənclərin bədən-tərbiyəsi və idman ilə mütəmadi məşğul olmalarında, asudə vaxtlarının səmərəli təşkilində mühim rol oynayır.
Çıxış edən gənclər gələcəkdə uğurlu nəticələri ilə onlara göstərilən ehtimadı doğruldacaqlarını, şəhərimizi respublika və beynəlxalq səviyyəli yarışlarda layiqincə təmsil edəcəklərini bildiriblər
Sonda idmançılar idman nömrələri nümayiş etdiriblər .