Şriftin ölçüsü :

Saytın rəngi :

ŞİH tərəfindən Şəhid və qazi ailələrinə bayram sovqatı paylanılıb

16 mart 2022 | 16:00

Ölkəmizin hər yerində olduğu kimi, Naftalanda da Vətən müharibəsi Şəhidlərinin, qazilərin və iştirakçıların ailələrinə daim diqqət və qayğı ilə yanaşılır.
   Novruz bayramı münasibətilə Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələri və qazi ailələri ziyarət edilmiş, onlara bayram sovqatları paylanılmışdır.
   Şəhid və qazi ailələri bu əziz gündə Novruz bayramının xalqımız və millətimiz üçün xeyirli-uğurlu olmasını arzulamış, ölkə rəhbəri möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya xoş arzularını ifadə etmişlər.   
   Övladlarının adlarının yaşadılması istiqamətində görülmüş bütün işləri dövlətin və ölkə başçısının şəhidlərimizə, onların ailələrinə göstərilən diqqət və qayğının əyani sübutu kimi dəyərləndirmişlər.

 

Keçidlər