Naftalanda “Dini radikalizm və narkomaniyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Gəncə bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə ümümtəhsil məktəblərində “Dini radikalizm və narkomaniyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirə ŞİH-nin, polis şöbəsinin məsul əməkdaşları, din xadimləri, tibb işçiləri, valideyinlər, şagirdlər, pedaqoji kollektivlər iştirak edib.
Öncə torpaqlarımızın azqadlığı uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ŞİH-nin sektor müdiri-Dini qurumlarla işin təşkilatçısı Ülfət Əliyev tədbirin məktəblilərlə keçirilməsinin gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizin, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği, dini radikalizm meyillərinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Həmçinin, mövzunun aktual olduğunu qeyd edərək, gənclərin bu istiqamətdə maarifləndirilməsinin ölkənin təhlükəsizliyi naminə vacib olduğunu qeyd edib.
Digər natiqlər, narkomaniyanın səbəb olduğu ağır fəsadlardan, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı polis orqanları tərəfindən aparılan qətiyyətli mübarizədən və əldə olunan nəticələrdən danışıblar. Həmçinin, qeyd olunub ki, bu gün polis əməkdaşları maarifləndirmə tədbirlərinə böyük önəm verməklə yeniyetmə və gənclərin gələcəkdə ağ ölümün pəncəsinə düşməməsi üçün səylərini davam etdirir. Məktəblilərin bu məsələdə daha həssas olmasını, zərərli vərdişlərə meyil etməmələrini, həmin vərdişlərdən uzaq durmalı olduqlarını tövsiyyə ediblər.
Dini radikalizm mahiyyəti, yaratdığı fəsadlar və narkomaniyaya qarşı mübarizənin vacibliyini müzakirə edildiyi tədbir iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.