Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim edilib

12 mart 2022 | 16:00

Naftalan Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin şöbə müdiri-baş memar Qasımov Səbuhi Nizami oğlu Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə ” medalı ilə təltif edilib.
   ŞİH-nin başçısı S. Qasımovu təbrik edib və bundan sonrakı fəaliyyətində ona uğurlar arzulayıb,  medal və vəsiqəni təqdim edərək, cənab Prezident tərəfindən yüksək təltifə görə təşəkkür edib və S.Qasımova işində bundan sonra daha da əzmlə çalışmağını arzulayıb.
   Həmçinin, qeyd edib ki, ümummilli lider Heydər Əliyevin dövlət qulluğu haqqında qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi sahəsindəki gördüyü böyük əhəmiyyət kəsb edən işlər Ulu öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm  Prezidentimiz cənab İlham Əliyev  tərəfindən əsaslı şəkildə uğurla davam etdirilir.
   Qeyd edək ki, S.Qasımov 20 ildən artıqdır ki, dövlət qulluğunda çalışır, o həmçinin Vətən Müharibəsi iştirakçısıdır və Ali Baş Komandan tərəfindən “Suqovuşanın azad olunmasına görə” medalı ilə də təltif edilib.

 

Keçidlər