“Yüksək ixtisaslı peşəkar kadrların hazırlanması, uğurlu gələcəyin təminatıdır” mövzusunda Naftalanda tədbir keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin əsas prioritetlərindəndir”, “Yüksək ixtisaslı peşəkar kadrların hazırlanması, uğurlu gələcəyin təminatıdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə Naftalan ŞİH-nin məsul əməkdaşları Afət Mustafayeva, Şahmar Ədilov, şəhər təhsil şöbəsinin müdiri Rəna Dəmirova, məktəb rəhbərləri Faiq Rüstəmov, Adilə Bağırova, Zərifə Ələkbərova, Ulduz Mayılova, müəllim və şagirdlər iştirak ediblər.
Tədbirdə qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş inkişaf strategiyası möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən böyük qətiyyət və uğurla davam etdirilir. Dövlət başçımızın imzaladığı yeni Sərəncam və Fərmanlar, Dövlət Proqramları bu sahədə mühüm əhəmiyyət kəsb edir. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” ölkəmizin gələcəyini müəyyənləşdirəcək gənclərin təhsili istiqamətində yeni yollar açacaq, yüksək ixtisaslı peşəkar kadrların hazırlanmasını təmin edəcəkdir.
Digər natiqlər vurğulayıblar ki, respublikamızın hər yerində olduğu kimi Naftalan şəhərində də təhsil islahatının həyata keçirilməsi, ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, şagirdlərin elmi biliklərə dərindən yiyələnməsi üçün normal şəraitin yaradılması, tədris prosesinin təkmilləşdirilməsi sahəsində uğurlu nəticələr əldə edilmişdir.
Sonda tədbir iştirakçıları təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.