Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda “5 mart-Bədən Tərbiyəsi və İdman Günü” qeyd olunub

05 mart 2022 | 16:00

Naftalan şəhər İcra Hakimiyyətinin dəstəyi ilə şəhər Gənclər və İdman İdarəsinin təşki etdiyi tədbir, torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başladı.
   Tədbirdə «Müstəqil Azərbaycanın idman tarixi» mövzusunda çıxış edən ŞİH başçısının müavini Kəmalə Hüseynova bildirdi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 04 mart 2005-ci il tarixli Sərəncamı ilə ölkədə 5 mart tarixi «Bədən tərbiyəsi və idman günü» elan edilmiş, habelə «Əməkdar bədən  tərbiyəsi  və  idman  xadimi» adı təsis edilmişdir. İmzalanmış sərəncamların ölkə rəhbərliyinin idmana və ölkə idmançılarına olan tükənməz qayğısının nəticəsi olduğunu vurğulayıb.
   Gİİ-nin rəisi Samir Qocayev bayram münasibətilə idmançıları təbrik edərək qeyd etdi ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən cari ilin 27 fevral – 05 mart tarixləri ölkə ərazisində “İdman həftəsi” kimi elan edilmişdir. Bununla əlaqədar olaraq idarə tərəfindən xüsusi tədbirlər planı təsdiqlənmiş və “İdman həftəsi” çərçivəsində 28 fevral – 04 mart tarixlərdə Voleybol, mini-futbol, atletika, şahmat, cüdo idman növləri üzrə şəhər birincilikləri keçirilmiş və yarışlarda ümumilikdə 300-dən artıq idmançı iştirak etmişdir.
   Sonda “İdman həftəsi” ilə əlaqədar keçirilmiş yarışlarda uğur qazanmış idmançılara diplom, kubok və medallar təqdim edildi.

 

Keçidlər