Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi iştirakçılarına medallar təqdim olundu

04 mart 2022 | 06:25

Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən təltif olunmuş, torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş naftalanlı müharibə iştirakçılarına Naftalan ŞİH-nin təşkilatçılığı ilə medallar təqdim edilib.
   Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı aparatının Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Şəmsəddin Həsənov, 1 nömrəli SİƏD üzrə nümayəndəsi Tural Məmmədov, N saylı hərbi hissənin nümayəndəsi kapitan İ.Hüseynov, Vətən Müharibəsi iştirakçısı və döyüşçümüzün valideyini iştirak ediblər.
   Natiqlər, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsi, möhkəm nizam-intizamı, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına müvəffəq olduğunu bildirdi.
   Sonda Vətən Müharibəsi iştirakçıları Rüstəmov Rəvan Əli oğluna “Laçının azad olunmasına görə” medalı, Hüseynov Pərviz Aydın oğlunun atasına isə “Suqovuşanın azad olunmasına görə” medalı təqdim olundu.
   Vətən müharibəsi iştirakçıları onlara göstərilən dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər