Naftalanda bu ilin ilk səyyar qəbulu keçirilib
Əhalinin qaldırdığı məsələlərin operativ şəkildə həll olunması məqsədi ilə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov 2022-ci ildə vətəndaşlarla ilk səyyar görüşünü şəhərin 01,02,03,04 və 05 nömrəli çoxmənzilli yaşayış binalarının sakinləri ilə keçirib.
Təşkil olunan görüşdə şəhər polis şöbəsinin rəisi Zaur Bədəlov, ŞİHB aparatının məsul işçiləri, ŞİHB-nin 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Bələdiyyə, xidmət təşkilatlarının rəhbərləri, sözügedən binaların sakinləri iştirak ediblər.
Səyyar qəbulda şəhər rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naftalana göstərdiyi diqqət və qayğı barədə geniş məlumat verərək qeyd edib ki, ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən belə görüşlərin əsas məqsədi sakinlərin müraciətlərini dinləmək və qısa bir zamanda həllinə nail olmaqdır.
Ayrı-ayrı sahələrə dair vətəndaşlar tərəfindən irəli sürülən bir sıra müraciətlər aidiyyəti üzrə nəzarətə götürülüb.
Vətəndaşlar qəbuldan məmnunluqlarını ifadə ediblər. Eyni zamanda Möhtərəm cənab Prezidentin Naftalan şəhərinin inkişafına və naftalanlılara göstərdiyi xüsusi diqqət və qayğını gündəlik həyatlarında hiss etdiklərini vurğulayıblar.