Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda sahibkarlarla görüş keçirilib

01 mart 2022 | 16:00

Naftalan Şəhər İcra Hakimiyyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin 18 saylı Ərazi Məşğulluq filialının birgə təşkilatçılığı ilə Naftalan şəhərində fəaliyyət göstərən  sahibkarlarla görüş keçirilib.
   Tədbirdə Naftalan ŞİH başçısı Vüqar Novruzov, ƏƏSMN-nin tabeliyində Dövlət Məşğulluq Agentliyinin 18 saylı Ərazi Məşğulluq Mərkəzi filialının rəisi Nicat Ələsgərov,  şöbə müdiri Ayturan Fətəlisoy, Naftalanda fəaliyyət göstərən Hotel və Müalicə Mərkəzlərinin rəhbərləri iştirak edib.
   Tədbirdə ŞİH başçısı çıxış edərək vurğulayıb ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında sahibkarlığın inkişafının dəstəklənməsi, özəl sektorun fəaliyyətinin genişləndirilməsi, iqtisadiyyata investisiya qoyuluşlarının stimullaşdırılması istiqamətində son dövrlərdə geniş islahatlar aparılır.  Dövlət başçısı tərəfindən qəbul edilmiş qanun və fərmanlar, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi sahibkarlara dövlət dəstəyinin güclənməsi ilə yanaşı birmənalı şəkildə iş adamlarına verilən siyasi dəstəyin təzahürüdür. Həmçinin, icra başçısı vurğulayıb ki, cənab Prezidentində qeyd etdiyi kimi, Naftalan bugün beynəlxalq turizm mərkəzinə çevrilib. Ölkəmizdəki siyasi-iqtisadi sabitlik şəhərimizə yerli investorlarla yanaşı, xarici investorların da marağını artırıb.
   Həmçinin, tədbirdə 18 saylı Ərazi Məşğulluq filialının məsul əməkdaşları sahibkarlara Agentliyin fəaliyyət istiqamətləri, işəgötürənlərlə əməkdaşlıq çərçivəsində həyata keçirilən məşğulluq tədbirləri barədə ətraflı məlumat verib, işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə birgə layihələrin həyata keçirilməsi və əməkdaşlıq perspektivləri müzakirə edilib, fikir mübadiləsi aparılıb. 
   Sahibkarlar ölkəmizdə onların fəaliyyəti üçün  yaradılan şəraitlə bağlı ölkə başçısına minnətdarlıq bildirib, “məşğulluq marafonu”, “əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı”, “peşə hazırlığı” və digər istiqamətlərdə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıblar.

 

Keçidlər