Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində növbəti nigah mərasimi keçirilib.

16 iyun 2014 | 15:00

Heydər Əliyev Mərkəzində yeni bir  gənc  ailənin- Rəşad İsayevlə Gülnar Hüseynovanın nigahının  qeydə  alınması  mərasimi  keçirilib. Gənclər ilk olaraq ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
     Daha sonra Mərkəzdə yeni ailə quranların qohumlarının və şəhər icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə nikah aktının imzalanması mərasimi olub. Nigah mərasimində Heydər  Əliyev  Mərkəzinin  işçiləri  iştirak  ediblər. Mərasimdə çıxış edən Naftalan şəhər İcra Hakimiyyəti Başçısının müavini Afət Cabbarova hər iki cütlüyə xoş arzularını bildirib, ailənin  əhəmiyyətindən  və  onların  müqəddəs  varlığından  danışıb və onlara  xoşbəxtlik  arzulayıb.
    Sonda gənc  ailəyə  şəhər  İcra  Hakimiyyəti  adından  hədiyyələr  təqdim olunub

Keçidlər