Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda “Xocalı soyqırımı-30 il” mövzusunda onlayn tədbir keçirilib

24 fevral 2022 | 16:00

İlk öncə torpaqlarımızın azadlığı uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbiri giriş sözü ilə açan ŞİH-nin başçısı Vüqar Novruzov Xocalı soyqırımının tarixinə nəzər salaraq, insanlıq sifətini itirmiş ermənilər tərəfindən törədilmiş bu faciənin təkcə azərbaycanlılara qarşı deyil, həm də bütün bəşəriyyətə yönəlmiş qanlı cinayət olduğunu diqqətə çatdırmışdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Xocalı facəsinə siyasi-hüquqi qiymət verildiyini bildirmişdir. Həmçinin, vurğulayıb ki, Müzəffər Ali Baş Komandanımız, möhtərəm cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində Rəşadətli Azərbaycan Ordusunun Zəfər yürüşü, düşmənin sonadək torpaqlarımızdan qovulması, region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət!” kampaniyasının səmərəsinin ildən-ilə artdığını, Azərbaycan xalqına və ümumən insanlıq əleyhinə törədilmiş bu son dərəcə ağır hərbi cinayətin xalqımız tərəfindən heç zaman unudulmayacağını qeyd edib.
   Digər natiqlər YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov “Tarixi abidələri, mədəni irsi məhv edilmiş Xocalı” və Vətən Müharibəsi iştirakçısı – Qaşaltı Qaraqoyunlu Bələdiyyəsinin sədri Emin Yusifov “Xocalı şəhərinin coğrafi mövqeyi və hərbi əhəmiyyəti” mövzusunda çıxış ediblər.
   Sonda Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında “ Salam, Xocalım!” adlı ədəbi-bədii kompozisiya dinlənilib.

 

Keçidlər