Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 67-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir

09 may 2012 | 15:00

Naftalan şəhərində faşizm üzərində qələbənin 67-ci il dönümü böyük təntənə ilə qeyd olunub. Şəhər sakinləri və ictimaiyyət nümayəndələri 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının, 20 Yanvar şəhidlərinin, Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış Memorial Kompleksin açılışında iştirak ediblər. İlk olaraq əbədi məşəl kompleksi yandırılıb. Sonra tədbir iştirakçıları abidəyə əklil və gül dəstələri qoyublar. Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov müharibə veteranlarını əlamətdar gün münasibətilə təbrik etmiş, onlara xoş arzularını bildirmişdir. Çıxış edənlər Böyük Vətən müharibəsi zamanı xalqımızın da faşizm üzərindəki qələbədə böyük payının olduğunu qeyd ediblər. Sonra Naftalan şəhər İcra Hakimiyyəti tərəfindən müharibədə həlak olanların ailələrinə, eləcə də yaşayan müharibə iştirakçlılarına maddi yardım göstərilmişdir.

Keçidlər