Naftalanda 2 fevral Azərbaycan Gənclər Gününün təsis edilməsinin 25 illiyi qeyd olunub
Gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsidir.
Naftalan Şəhər İcra Hakimiyyətində 2 fevral Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə tədbir təşkil olunub.
Tədbirdə Naftalan ŞİH başçısı Vüqar Novruzov, YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, şəhər Gənclər İdman İdarəsinin rəisi Samir Qocayev, icra hakimiyyətinin məsul əməkdaşları və gənclər iştirak edib.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anılıb.
Gəncləri bu əlamətdar gün münasibətilə təbrik edən şəhər rəhbəri qeyd edib ki, Azərbaycanda dövlət gənclər siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi, gənclərimizə qayğı və dəstəyin göstərilməsinin əsası Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayır.
Bildirib ki, Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan siz gənclər müstəqil dövlətimizin inkişafı üçün səylə çalışmalı, ölkə prezidentinin etimadını doğrultmalısınız.
Sonda fəal gənclərə həmçinin, ŞİH tərəfindən vətənpərvərlik ruhunun aşılanması mövzusunda məktəblilər arasında keçirilimiş “ Zəfər tarixi” inşa yazı müsabiqəsinin qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim olunub.