15 iyun-Milli Qurtuluş günü təntənə ilə qeyd edildi
15 iyun-Azərbaycan xalqının milli qurtuluş günü ilə əlaqədar Naftalan şəhərində ümumşəhər tədbiri keçirilib. Tədbirdə şəhərin idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbir iştirakşıları öncə ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə gül-çiçək dəstələri düzmüş, dahi rəhbərin xatirəsini ehtiramla bir daha yad etmişlər.
Heydər Əliyev Mərkəzində davam edən tədbiri giriş sozü ilə açan Naftalan şəhər İcra Hakimiyyəti başçısı Natiq Aslanov qeyd edib ki, bu gün xalqımızın fəlakətdən qurtarıldığı və qüdrətli bir dövlətin bünövrəsinin qoyulduğu gündür. Bu müqəddəs günü tarixə yazan isə ümumilli liderimiz xalqın xilaskarı Heydər Əliyevdir. Bu gün ümummilli liderin bizlərə ərmağan etdiyi müstəqil Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, ölkəmiz gündən-günə çiçəklənir, qabaqcıl dünya dövlətləri sırasında öz yerini daha da möhkəmləndirir.
Daha sonra bir qrup Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilmişdir.
Tədbir Heydər Əliyev meydanında Mədəniyyət və Turizm şöbəsinin hazırladığı konsert proqramı ilə davam etdirilib.