Özümüzü və yaxınlarımızı qorumaq üçün peyvənd olunaq!
Əziz Naftalanlılar,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqımıza, hər bir ölkə vətəndaşının sağlamlığına olan yüksək diqqətinin və qayğısının daha bir bariz nümunəsi olaraq 18 yanvar 2021-ci il tarixdən etibarən respublikamızda COVİD-19 pandemiyasına qarşı vaksinasiya prosesi başlanmışdır. Vaksinasiya prosesi ölkə üzrə olduğu kimi şəhərimizdə də uğurla davam etdirilməkdədir.
Bu günə qədər şəhər əhalisinin mütləq əksəriyyəti peyvənd vurdurmuşdur. Lakin bəzi şəhər sakinləri hələ də vaksinasiya prosesində iştirak etməmişlər.
İki doza peyvənd olunan şəxslərə koronavirusun yeni ştammlarından qorunmaq üçün büster dozanın vurulması tövsiyə edilir.
Əziz Naftalan sakinləri!
Unutmamalıyıq ki, özümüzü və sevdiklərimizi qorumağın əsas yolu peyvənddir. Gəlin, pandemiyaya tez bir zamanda qalib gəlmək və uşaqlarımızın gələcəyi üçün vaksinasiyada aktiv iştirak edək!