Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyari görüş 6, 7, 11, və 18 nömrəli çoxmənzilli yaşayış binalarının sakinləri ilə keçirilib.

05 iyun 2014 | 15:00

Naftalan şəhər  İcra Hakimiyyətinin başçısı Natiq Aslanov növbəti səyyari görüşünü   6,7,11 və 18 nömrəli çoxmənzilli yaşayış binalarının sakinləri ilə keçirib. Görüşdə  şəhər rəhbəri ilə yanaşı, şəhər İcra Hakimiyyəti aparatının  məsul işçiləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin, eləcə də şəhərdə təmir-tikinti işləri aparan podratçı təşkilatların rəhbərləri iştirak edirdi.
   Görüş zamanı müraciət edən vətəndaşlar yaşadığı binanın qarşısında azyaşlı uşaqların istirahətinin səmərəli təşkil edilməsi üçün oyun qurğularının quraşdırılmasına, həmçinin yaşadığı binanın qarşısındakı Xeyir-şər evinin sökülüb yenidən tikilməsinə və yaşadığı binanın yağış-su ötürücülərində yaranmış nasazlığın aradan qaldırılmasına  köməklik göstərilməsini xahiş etdilər.
     Şəhər İcra Hakimiyyətinin başçısı bütun bu problemlərin həlli üçün müvafiq izahat və öz tapşırıqlarını verdi. Daha sonra şəhər İcra Hakimiyyətinin başçısı regionların inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramına uyğun olaraq şəhər ərazisində aparılan geniş abadlıq-quruculuq, təmir-tikinti işlərinin gedişi ilə maraqlanmış və iş icraçılarına öz tapşırıqlarını vermişdir.

Keçidlər