Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda Yeni il münasibətilə ailələrə sovqatlar paylanılıb

01 yanvar 2022 | 16:00

Naftalan şəhərində Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədovun təşəbbüsü ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə Şəhid ailələrinə, qazilərə, habelə imkansız ailələrə bayram sovqatı çatdırılıb.
   Sovqatların ailələrə çatdırılmasında deputatın köməkçisi, Naftalan şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları və YAP Naftalan şəhər təşkilatının sədri iştirak edib. Görüş zamanı ölkəmizdə dövlət tərəfindən vətəndaşlara göstərilən qayğının bundan sonra da davam etdiriləcəyi qeyd olunub.
    Ailələr onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər