Naftalanda mülki şəhidlərin ailəsi ziyarət olunub
Naftalan şəhərində torpaqlarımızın azadlığı uğrunda canından keçən Şəhidlərin ailələri o cümlədən qazilər mütəmadi olaraq ziyarət edilir. Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsinin ilk günü 27 sentyabr tarixində erməni vandallarının atdığı top mərmisi nəticəsində Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndində ikisi uşaq olmaqla Qurbanovlar ailəsinin beş üzvü həyatını itirmişdir.
ŞİH-nin başçısı, şəhər polis şöbəsinin rəisi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ailəni ziyarət edib. İcra başçısı ailəni narahat edən sosial problemləri dinləyib və həlli istiqamətində müvafiq tapşırıqlar verib. ŞİH tərəfindən ailəyə bayram sovqatı çatdırılıb.
Şəhid ailəsi onlara göstərilən yüksək diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər.