Naftalanda Şəhid ailələri mütəmadi ziyarət edilir
Naftalanda ŞİH-nin başçısı və şəhər polis şöbəsinin rəisi Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında Şəhidlik zirvəsinə ucalmış Quliyev Bəhruz Firuz oğlunun ailəsini ziyarət edib.
İcra başçısı Şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yaxşılaşdırılması ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayaraq, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondu vasitəsilə həyata keçirdiyi tədbirlər və şəhid ailələrinə göstərdiyi həssas münasibətlə mükəmməl örnək olduğunu bildirib.
ŞİH-nin başçısı Şəhidin övladlarına Ali Baş Komandannın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Zəfər yürüşündən bəhs edən uşaqlar üçün bədii-publisistik üslubda yazılmış “Dəmir Yumruq dastanı” kitabını hədiyyə edib, Yeni il hədiyyəsi təqdim edib, həmçinin ailəyə bayram sovqatı çatdırılıb.