Naftalanda peyvəndlənmə ilə bağlı növbəti iclas
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, 2021-ci ilin yanvar ayından etibarən ölkə üzrə koronavirus infeksiyasına qarşı vaksinasiya prosesi mərhələli şəkildə davam etdirilir.
ŞİH-də təşkil olunan iclasda şəhərdə vaksinasiya prosesinin gedişatı və qarşıda duran məsələlər müzakirə olunub. ŞİH-ti başçısı sakinlər arasında təbliğat işlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb, həmçinin, buster dozanın mahiyyəti barədə sakinlərə daha ətraflı məlumatların təqdim olunması və digər məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verib.
Qeyd edilib ki, yoluxma ilə bağlı beynəlxalq statistika artıq təkrar vaksinasiya olunmanın zəruriliyini isbat edir. Üçüncü doza virusa qarşı güclü qorumanı bərpa etməklə, yüngül yoluxmaları önləyə, virusun yayılmasını, COVID-19-la bağlı hospitalizasiya və ölümləri azalda bilər.