Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda media nümayəndələri ilə görüş keçirilib

17 dekabr 2021 | 16:00

Tədbirdə ŞİH-nin başçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkədə azad sözün və mətbuatın təminatçısı kimi kütləvi informasiya vasitələrinin inkişafı yönümündə bütün zəruri tədbirləri həyata keçirildiyini xüsusi vurğulayıb.
   Həmçinin qeyd olunub ki, ölkə başçısının rəhbərliyi altında həyata keçirilən çoxşaxəli, səmərəli siyasətin məntiqi nəticəsi olaraq mətbuatımız daha da təkmilləşəcək, peşəkar jurnalistika prinsipləri ilə çalışaraq cəmiyyətin obyektiv informasiya ilə təminatında öz sözünü deyəcəkdir.
   Səmimi söhbət zamanı qonaqlar ölkə rəhbərliyinin daim diqqət və qayğısı ilə əhatə olunan Naftalanın həm müalicəvi neftinə, həm də müasir turizm infrastrukturuna görə turistlərin xüsusi diqqətinə layiq olan nadir kurort şəhərlərindən birinə çevrilməsini, həmçinin, şəhərin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsində görülən abadlıq-quruculuq işlərini xüsusi vurğulayıblar.
   Sonda Azərbaycan Dövlət İnformasiya Agentliyi “Azərtac”ın bölgə müxbiri Elcan Məmmədov, “Azərbaycan” qəzetinin bölgə müxbiri Sabir Əliyev, “Respublika” qəzetinin bölgə müxbiri Zabit Xəlilov, “Xalq qəzeti”nin bölgə müxbiri Hamlet Qasımov Naftalan şəhərinin sosial-iqtisadi və ictimai-siyasi həyatında 2021-ci il ərzində baş verən yeniliklərin geniş  işıqlandırılmasında göstərdikləri səmərəli fəaliyyətlərinə görə ŞİH-ti tərəfindən təltif olunublar.
   Qeyd edək ki, tədbir, iştirakçıların öncədən COVİD-19 testindən keçməklə pandemiya qaydalarına uyğun təşkil olunub.

 

Keçidlər