İcra başçısı iki Şəhid anasını qəbul edib
16 dekabr 2021 | 16:00
ŞİH-nin başçısı Vüqar Novruzov torpaqlarımızın azadlığı uğrunda canından keçən birinci Qarabağ müharibəsi Şəhidi Bayramov Mehman Dilqəm oğlunun və Aprel döyüşləri Şəhidi Bayramov Vaqif Dilqəm oğlunun anası Zeynəb xanımı qəbul edib.
İcra başçısı şəhid ailəsini dinləyib, qarşıda duran məsələlərin həlli üçün tədbirlər görüləcəyini diqqətə çatdırıb.
Ölkənin hər yerində olduğu kimi, Naftalan şəhərində də şəhid ailələri və qazilərin qarşılaşdığı suallar öz həllini tapır.