Şriftin ölçüsü :

Saytın rəngi :

“Gənclər arasında ailənin və nigahın əhəmiyyəti, erkən nigahın və qohumlar arasında nigahın mənfi nəticələri” mövzusunda tədbir keçirilib

07 dekabr 2021 | 16:00

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” nın müvafiq  bəndlərinin icrası ilə əlaqədar olaraq Naftalan ŞİH-nin təşkilatçılığı ilə təhsil müəssisələrində tədbir  keçirilib.
   Tədbirdə ŞİH-də fəaliyyət göstərən “Yetkinlik yaşına  çatmayanların  işləri və hüquqlarının müdafiəsi  üzrə Komissiya”nın üzvləri, Naftalan şəhər Gənclər və İdman idarəsinin, şəhər Təhsil şöbəsinin əməkdaşları, pedoqoji kollektivi, şagirdlər və valideynlər  iştirak edib.
   ŞİH-də fəaliyyət göstərən  “Yetkinlik yaşına  çatmayanların  işləri və hüquqlarının müdafiəsi  üzrə Komissiya”nın sədri, baş məsləhətçi  Afət Mustafayeva çıxış edərək qeyd edib ki, doğurduğu fəsadlara görə erkən nikah dövrümüzün mühüm və aktual problemlərindən biridir. Erkən nikah və qohumlar arasında nikah gələcək nəsillərin sağlamlığını təhlükə altına atır, boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə  səbəb olur.
   Tədbirdə çıxış edən digər natiqlər “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” nın müvafiq  bəndlərinin icrası istiqamətində tədbirlərin keçirildiyini qeyd edərək bu günkü tədbirin də məhz bu məqsədə xidmət etdiyini vurğulayıblar. Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri barədə məlumat verərək, yetkinlik yaşına çatmayan uşaqların, xüsusilə də qızların və onların valideynlərinin diqqətinə bu kimi halların yol verilməz olduğu çatdırılıb.

 

Keçidlər