Deputat Anar Məmmədov Naftalan şəhərində vətəndaşlarla görüş keçirib
Millət vəkili Anar Məmmədov növbəti dəfə Naftalan şəhərində vətəndaşların qəbulunu həyata keçirib.
Öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Vətəndaşlarla fərdi qaydada keçirilən qəbulda millət vəkili onların müraciət və təkliflərini dinləyib. Bəzi məsələlər müzakirə zamanı həllini tapıb, həmçinin, araşdırılması tələb olunan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün qəbuldan sonra müvafiq göstərişlər verilib.
Seciçilər müraciətlərinin dinlənilməsindən razılıqlarını ifadə edərək ölkədə, o cümlədən kurort şəhəri olan Naftalanda həyata keçirilən müxtəlif sosial tədbirlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.