Məktəblərdə "Son zəng" çalındı
Mayın 30-da respublikamızın hər yerində olduğu kimi, Naftalan şəhərinin ümumtəhsil məktəblərində də sonuncu zəng çalındı. Məktəblərin "Son zəng" mərasiminə şəhər İcra Hakimiyyətinin və Təhsil şöbəsinin məsul işçiləri də qatılıblar. Mərasim Dövlət himninin səsləndirilməsiylə başlayıb.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarına əsasən məzun günü ilə bağlı təşkil olunan tədbirlər məktəb daxilində keçirilib və mərasimlərdə vətənpərvərliyə, dövlətçiliyə həsr olunan şeirlər səsləndirilib. Tədbirdə iştirak edən Təhsil şöbəsinin rənbərliyinin, qabaqcıl müəllimlərin, valideynlərin, əlaçı şagirdlərin çıxışları dinlənilib.
Çıxış edənlər məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıb.
Son zəngin çalınması səmaya rəngbərəng şarların və göyərçinlərin buraxılması ilə müşayət olunub.