Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə tədbir və treninq keçirilib

24 noyabr 2021 | 16:00

Naftalanda ŞİH-nin başçısının Sərəncamı ilə təsdiq edilmiş “Naftalan şəhərində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Komissiyası”nın və Dövlət Komissiyasının İşçi qrupunun təşkilatçılığı ilə Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində tədbir keçirilib.
   Tədbirdə Azərbaycan Respubikası “Narkomanlığa və Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyası”nın işçı qrupunun nümayəndələri, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin həkim narkoloqu,  Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları, Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin nümayəndəsi  və Naftalan şəhər təhsil şöbəsinin əməkdaşları, pedoqoji kollektivi iştirak edib.
   ŞİH-də fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə şəhər Komissiyasının sədri, ŞİH başçısının müavini Arzu Məmmədov tədbirdə çıxış edərək vurğulayıb ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyanı ciddi narahat edən qlobal problemlərdən biridir. Əsrin bəlasına çevrilən “ağ ölüm” zəmanəmizin ən aktual problemləridən biri olaraq qalır. Azərbaycanda da narkotik vasitələrdən istifadəyə görə, yüzlərlə insan sağalmaz xəstəliklərin və hətta ölümün qurbanına çevrilir.
   Dİgər çıxış edən natiqlər ölkəmizdə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində müvafiq tədbirlərin keçirildiyini qeyd edərək bugünkü tədbirin də məhz bu məqsədə xidmət etdiyini vurğulayaraq, narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə məlumat verərək, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa, çağırıblar.
   Sonra Heydər Əliyev Mərkəzində “Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, məktəb psixoloqları, valideyn komitəsi sədrləri üçün narkomanlıq probleminə dair treninq keçirilib. Treninqdə iştirak edən tədbir iştirakçılarına Dövlət Komissiyasının İşçi qrupunun hazırladığı sertifikatlar verilib.

 

Keçidlər