Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyəli iş adamları Naftalana səfər ediblər

19 noyabr 2021 | 16:00

Türkiyənin tanınmış “Sera Group” şirkətinin Genel müdür yardımçıları Şükrü Çam, Pul Şener və digər əməkdaşları Yılmaz Samet, Nuçin Zekeriya  Naftalan şəhərində olublar. Türküyəli qonaqlar ilk öncə Heydər Əliyev Mərkəzində olub, Ulu Öndərimiz Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi xidmətləri özündə əks etdirən eksponatlara baxış keçiriliblər, onlara Ümummilli liderin həyat və fəaliyyəti ilə bağlı geniş məlumat verilib. Daha sonra Mərkəzdə qonaqların Rəy kitabına ürək sözlərini yazıblar.
   ŞİH başçısı Vüqar Novruzov qonaqları qəbul edib, səmimi salamlarını çatdırdıqdan sonra dünyada unikal müalicəvi neftə malik olan Naftalan şəhərinin turizm potensialı, eləcə də qarşıda duran perespektivlər barədə geniş məlumat verib.
   Həmçinin vurğulanıb ki, son illərdə Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsindəki qələbədən, ölkəmizdə görülmüş işlər, o cümlədən beynəlxalq arenadakı mövqe, bir çox dövlətlərlə dostluq münasibətləri, ölkəmizdə hökm sürən əmin-amanlıq Naftalanda da turizmin inkişafına böyük təkan verib.
   Şirkətin rəhbərliyi səmimi görüşə görə təşəkkürünü bildirib, bu  torpaqlarda olmaqdan qürur duyduqlarını ifadə ediblər. Bölgənin bir turizm məkanına çevrilməsində investisiya yatırtmaqdan və qardaş ölkəyə fayda verməkdən məmnunluqlarını bildiriblər.

 

Keçidlər