Yeniyetmələr arasında cüdo idman növü üzrə şəhər birinciliyi keçirilmişdir.
28 may 2014 | 15:00
28 may Respublika günü münasibəti ilə Naftalan şəhərində yeniyetmələr arasında cüdo idman növü üzrə şəhər birinciliyi keçirilmişdir. İlk olaraq idmançılar Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq onun əziz xatirəsini yad ediblər.
Yarışda 8 çəki dərəcəsində 60 idmançı çıxış etmişdir. Yarışın sonunda çəki dərəcələri üzrə ilk üç yeri tutan idmançılara şəhər Gənclər və İdman İdarəsi tərəfindən diplom, bayraq və xatirə hədiyyələri təqdim olunmuşdur