Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda GİKM fəaliyyətə başlayıb

11 noyabr 2021 | 16:00

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) sayca 51-ci nümayəndəliyi Naftalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində fəaliyyətə başlayıb. Açılış mərasimində ŞİH-nin, GİKM-nin nümayəndələri və şəhər gəncləri iştirak ediblər.
   İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, ruhunu böyük ehtiramla yad ediblər.
   Çıxış edən natiqlər vurğulayıblar ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin gənc nəslin öz dövlətinə, öz ölkəsinə nə qədər dərin duyğularla bağlı olduğunu göstərdi.
   Yeni yaradılan nümayəndəlikdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq.
   Diqqətə çatdırılıb ki, ölkəmizin şəhər və rayonlarında yaşayan gənclərin dövlət tərəfindən onlar üçün yaradılmış imkanlardan tam şəkildə yararlanmasının təmin edilməsi ilə bağlı dövlət başçısının verdiyi sərəncama uyğun olaraq, GİKM-lərin fəaliyyəti gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə vermək istiqamətində qurulub.
   Tədbir daha öncə açılışı olmuş nümayəndəliklərin fəaliyyətindən ibarət  əyləncəli videoların nümayişi, maraqlı viktorinalar və təlim xarakterli oyunlarla davam etdirilib.

 

Keçidlər