Şəhərimizdə ağacəkmə aksiyası keçirilib
Naftalan şəhərində “8 Noyabr – Zəfər Günü“ ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. Ağacəkmə aksiyasında ŞİH-nin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib.
Müalicəvi turizmin mərkəzi sayılan Naftalan şəhərinin Səfikürd hissəsində yeni Tanıtma lövhəsi və 20 m uzunluğunda Bayraq dirəyi quraşdırılıb, əraziyə gedən yollara yeni asfalt örtüyü çəkilib.
Eyni zamanda bu il “9 Noyabr Dövlət Bayrağı günü” dövlətimizin suverenliyinin rəmzi sayılan şanlı üçrəngli bayrağımız əzəli-əbədi torpaqlarımız - cənnət Qarabağda da dalğalanır.
Həmçinin, həmin məkana Vətən müharibəsində qəhrəmancasına torpaqlarımız uğrunda canlarını fəda etmiş Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə üzərində şəkilləri həkk olunmuş xatirə lövhəsi yerləşdirilib.
Şəhərin girişində quraşdırılan Tanıtma lövhəsi və bayrağımız ucaldılan ərazidən keçən yerli və xarici turistlərin şanlı tariximiz haqqında məlumatlanmasında mühüm rol oynayacaq.
Qeyd edək ki, bura turistlərin daha çox istifadə etdiyi yol olduğu üçün yolu düşənlər təkcə gəzməli-görməli yerlərimizi görməklə deyil, həm də Şəhidlərimizin ruhuna dualar oxuyub, onlar haqqında ölkəmizin qonaqlarına bəhs edə biləcəklər.