Naftalanda “Zəfər Yürüşü” keçirilib
09 noyabr 2021 | 10:30
Naftalan şəhərində ŞİH-nin dəstəyi, Gənclər və İdman idarəsinin, Təhsil şöbəsinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Ordusunun Qarabağda qazandığı böyük qələbənin birinci ildönümü “8 Noyabr - Zəfər Günü” münasibətilə “Zəfər Yürüşü” keçirilib.
Bayraq Meydanından Şəhidlərin Memorial Kompleksinə qədər davam edən yürüşdə şagirdlər 12 metr uzunluğunda Azərbaycan bayrağını yürüş maşrutu üzrə aparıb, həmçinin vətənpərvərlik və qələbə ruhunda mahnı və marşlar səsləndiriliblər. Onları gənclərdən və şəhər ictimaətindən ibarət yüzlərlə insan müşayiət edib.