Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində 28 May - Respublika Günü münasibətilə tədbir keçirilmişdir.

28 may 2014 | 15:00

Naftalan  şəhər İcra Hakimiyyətində şəhərin idarə, müəssisə  və təşkilat  rəhbərlərinin, eləcə də şəhər ictimaiyyətinin nümayəndələrinin iştirakı  ilə “28 may-Respublika günü”nə həsr edilmiş tədbir keçirilib.
    İlk olaraq tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq onun əziz xatirəsini  yad etdilər.
    Tədbiri giriş sözü ilə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov açaraq 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) mövcudluğunu, onun demokratik prinsiplər əsasında qurulduğunu vurğulayıb, 18 oktyabr 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının AXC-nin davamçısı olduğunu qeyd etmişdir. Həmçinin qeyd etmişdir ki, müstəqilliyin ilk illərində Azərbaycanın qarşılaşdığı daxili və xarici qarşıdurma ilə mübarizədə ulu öndər Heydər Əliyevin apardığı siyasətin nəticəsində 1920-ci ildə baş vermiş fəlakətin yenidən təkrar edilməsinin qarşısı alınmışdır. Bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.
    Həmçinin tədbirdə şəhər 2 nömrəli tam orta məktəbin tarix muəllimi Sədrəddin Muradov çıxış edərək bu tarix  barədə ətraflı məlumat verdi.

Keçidlər