Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlərin portretləri ailələrinə təqdim edilib

02 noyabr 2021 | 16:00

44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq Bakı şəhərində keçirilən yürüşdə istifadə edilən portretlər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin verdiyi tapşırığa əsasən ailələrinə təhvil verilir.
   ŞİH-nin əməkdaşlarının iştirakı ilə Naftalandan olan mülki və hərbi şəhidlərin portretləri ailələrinə təhvil verilib. Şəhidlərin ailələri ilə keçirilən görüşdə xalqın birliyinin təcəssümü olan “Anım Günü” yürüşünün Vətən müharibəsi Şəhidlərinin ruhuna böyük hörmət və ehtiram olduğu vurğulanıb. Həmçinin bu yürüş Şəhidlərin daim yaşadıqlarının, onların yerinin bizim başımız üzəri olduğunu simvolizə edir.

 

Keçidlər