Naftalanda “Əmək yarmarkası” təşkil olunub.
Naftalan şəhər ƏSMM-nin inzibati binasında şəhər İcra Hakimiyyətinin və Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə iş axtaran şəhər sakinlərinin müvafiq iş yeri tapmaq və ya ictimai ödənişli işlə təmin olunma imkanı əldə etmələri məqsədilə “Əmək yarmarkası” keçirilib.
Yarmarkada iştirak edən Naftalan şəhər İHB-nın müavini Afət Cabbarova son illər ölkəmizdə, eləcə də Naftalanda yeni iş yerlərinin yaradılması istiqamətində görülən işlərdən danışıb, bu sahədə əmək yarmarkasının rolunu yüksək qiymətləndirib. O, yaramarkaya müraciət edən işaxtaranlara uğurlar arzulayıb.
Yarmarkada 64-ü dövlət, 19-u isə qeyri-dövlət olmaqla şəhərdə fəaliyyət göstərən 10 idarə və təşkilatdan 83 boş iş yeri təqdim olunmuşdur. 150 nəfər işaxtaran şəhər sakini iştirak etmiş, onlardan 55 nəfərinə münasib işlə təmin olunmaları üçün göndəriş verilmişdir.
Yarmarkada Dövlət Məşğulluq Xidmətinin məsul işçisi Nəbi Tanrıverdiyev iştirak edib.