Naftalanda Şəhid valideynləri ilə görüş
Naftalan ŞİH-də Vətən Müharibəsi şəhidlərinin il mərasimlərinin keçirilməsi ilə əlaqədar ailələri ilə görüş keçirilib.
Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ŞİH-nin başçısı Vüqar Novruzovun və Millət vəkili Anar Məmmədovun təşkilatçılığı ilə keçirilən görüşdə icra başçısı vurğulayıb ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı zəfər tarixidir. Bu tarix Ali Baş Komandanımızın rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun şücayəti, şəhidlərimizin qanı, canı bahasına əldə edildi, şəhidlərimizin qanı yerdə qalmadı, onların qisası alındı. Həmçinin, möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, Vətən müharibəsi iştirakçılarına göstərilən diqqət və qayğının ən yüksək səviyyədə olduğunu, onların iqtisadi, sosial məsələlərinə daim diqqət və həssaslıqla yanaşıldığını bildirmiş, bu qayğının hər zaman davam edəcəyini şəhid ailələrinə çatdırmışdır.
Daha sonra şəhid ailələrini narahat edən məsələlər müzakirə olunub, təkliflər dinlənilib və aidiyyatı üzrə müfaviq tapşırıqlar verilib, hər bir şəhid ailəsinə Millət vəkili Anar Məmmədovun maddi dəstəyi təqdim olunub.
Valideynlər övladlarının Vətən uğrunda şəhid olduqları üçün qürur duyduqlarını bildirib və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.