Naftalanın turizm inkişafının yeni mərhələsi
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Naftalan kurort şəhərində reallaşdırılan genişmiqyaslı və fundamental tədbirlər davam etdirilir.
Naftalan ŞİH-də Azərbaycan Turizm Bürosunun (ATB) baş icraçı direktoru Florian Zenqstşmid, Dövlət Turizm Agentliyinin (DTA) Regional turizm inkişafı sektorunun müdiri Elgün Cavadov, ATB-nin Brend və marketinq kommunikasıyaları sektorunun müdiri Fidan Əliyeva, ATB-nin Turizm sənaye və destinasiyanın inkişafının idarə edilməsi sektorunun müdiri İlkin Cavadov, Gəncə Destinasiya Menecment Təşkilatının direktoru Zaur Bayramov ilə görüş keçirilib.
Görüşdə Naftalanın turizm potensialının artırılması, qarşıda görüləcək işlər barədə müzakirələr aparılıb, artıq ATB və DTA-nın dəstək olduğu şəhərdə bir sıra yeni layihələrin həyata keçirilməsinə başlanıldığı vurğulanıb.
İcra başçısı Vüqar Novruzov qonaqlarla birgə şəhərin girişində tanıtma lövhəsinin qarşısında şəhərə gələn turistlərin marağına səbəb olacaq yeni yaradılacaq məkana, avtomobillər üçün xüsusi dayanacağın quraşdırılacağı əraziyə, şəhərin digər istiqamətindəki girişində yeni tanıtma lövhəsinin quraşdırılacağı əraziyə, həmçinin şəhərdə yeni quraşdırılmış istiqamətverici lövhələrə və yaxın zamanda tikintisi planlaşdırılan amfiteatrın quraşdırılacağı əraziyə də baxış keçirmişdir. Qonaqlar Turizm İnformasiya Mərkəzində olub, son tamamlama işləri ilə də tanış olublar.
Qeyd edək ki, Naftalanda əlavə turizm təcrübələri və fəaliyyətləri istiqamətində “Qaşaltı bağları” turizm konsepti üzrə ilkin araşdırma və qiymətləndirmə işlərinə başlanılıb. Bununla bağlı qonaqlar şəhərin Qaşaltı Qaraqoyunlu kəndinə səfər edib, nəzərdə tutulan nar bağlarında olublar.
Müalicəvi xüsusiyyətlərinə görə dünyada yeganə olan Naftalan neftinin bir Azərbaycan brendi olaraq dünyada tanıdılması istiqamətində aparılan işlər Naftalan şəhərinin tək Azərbaycan üçün deyil, dünyanın turizm şəhərlərindən birinə çevrilməsində öz töhfəsini verəcəkdir.