Multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Naftalanda olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin Millətlərarası Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət Müşaviri Kamal Abdullayev Naftalan şəhərində olmuşdur. İlk olaraq qonaqlar Ulu Öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, abidənin önünə gül-çiçək dəstələri düzmüşlər. Sonra Heydər Əliyev Mərkəzində şəhər sakinləri ilə görüş keçirilib. Görüşdə şəhər ziyalıları, gənclər və şəhərin idarə, müəssisə, təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Görüş zamanı Kamal Abdullayev bildirmişdir ki, ölkə prezidenti cənab İlham Əliyevin Respublikamızda Bilik Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaranması haqqındakı Sərəncamları Azərbaycan dövlətçiliyinin daha da inkişafı üçün güclü bir təkan olmuşdur. Eyni zamanda qeyd olunub ki, Azərbaycanda dilindən və dinindən asılı olmayaraq hər bir vətəndaşın hüquq və azadlıqları qorunur.
Görüşdə əhalinin müxtəlif təbəqələri ilə qarşılıqlı müzakirələr aparılmışdır.
Tədbirdən sonra Dövlət müşaviri şəhər Cümə Məscidini ziyarət etmişdir.